İngiltərə Premyer Liqasının XIX turunun “Şeffild Yunayted” – “Luton Taun” oyununda (2:3) maraqlı hadisə baş verib. Matc.az xəbər verir ki, görüşü Sem Ellisonun idarə etməsi çoxları üçün süpriz olub.

O, 2008-ci ildən bəri yüksək liqada ədaləti qoruyan ilk qaradərili hakim olub. Daha əvvəl Uriah Rennie 1997-2008-ci illərdə Premyer Liqa matçlarında çalışıb.

Qeyd edək ki, 43 yaşlı Sem Ellison əvvəllər yanğınsöndürən kimi işləyib və yarı peşəkar “Çippenhem Taun” klubunda oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest