“Barselona”nın qadın futbolçusu Aleksia Putelyas çarpaz bağından əməliyyat olunacaq. Matc.az xəbər verir ki, oyunçu sol bud dizində revizion artroskopiyadan keçəcək.

Əməliyyat başa çatdıqdan sonra klub yeni tibbi hesabat təqdim edəcək. Böyük ehtimalla futbolçu mövsümün sonuna kimi sıradan çıxacaq.

İspaniyalı 2 dəfə qadınlar arasında “Qızıl top” mükafatını qazanıb və 2 dəfə FİFA tərəfindən ilin ən yaxşı futbolçusu seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest