"Liverpul" hücumçusu Məhəmməd Salahla müqaviləni 2027-ci ilə qədər uzatmaq niyyətindədir.
 
Matc.az xəbər verir ki, bu qərar Səudiyyə Ərəbistanı klublarının futbolçu ilə maraqlandığı şayiələri fonunda verilib.
 
Salah 2017-ci ilin yayından “mersisaydlılar”da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm cinah oyunçusu bütün turnirlərdə 26 oyun keçirib, 16 qol vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı 31 yaşlı misirlini 65 milyon avro dəyərində qiymətləndirir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest