27 Dekabr 2023, 16:25
FUTBOL
"Tottenhem"in və Argentina millisinin müdafiəçisi Kristian Romero bud nahiyəsindən zədə alıb.
Matc.az xəbər verir ki, futbolçu bu zədəni Premyer Liqanın 18-ci turunun "Everton"la matçıda (2:1) alıb. Romero ən azı 1 ay yaşıl meydanlardan kənar qalacaq. Bu barədə "xoruzlar"ın baş məşqçisi Anqe Postekoqlu məlumat verib.
Bu mövsüm Romero Premyer Liqada 15 oyun keçirib, 3 qol vurub və 5 vərəqə alıb (4 sarı və 1 qırmızı).