"Renn", "Monako"nun və Çilinin müdafiəçisi Gilyermo Maripanla yaxından maraqlanır.
 
Matc.az xəbər verir ki, Fransa təmsilçisi zədəli olan Gilyermoda heç bir gələcək perspektiv görmədiyi üçün onu 10 milyon avro qarşılığında buraxmağa hazırdı.
 
O, 2019-cu ilin yayından “Monako”da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır. Bu mövsüm mərkəz müdafiəçisi Liqa 1-də 12 oyun keçirib və 1 qol vurub. "Transfermarkt" portalı 29 yaşlı çililiyə 10 milyon avro qiymət qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest