Venesuelalı hücumçu Salomon Rondon "River Pleyt"lə müqaviləsini ləğv edib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Sözləşmə 2025-ci ilin sonuna qədər qüvvədə olub. Ona görə də o, ayrılmaq üçün cərimə ödəməli olub. Qeyd olunur ki, 34 yaşlı futbolçuya karyerasını davam etdirmək üçün bir neçə təklif var ki, onlardan ikisi İspaniyadandır. Rondon 2023-cü ilin əvvəlində azad agent kimi “River Pleyt”ə keçdi. O, klubda 35 oyuna çıxıb və 10 qol vurub.

Qeyd edək ki, Rondon “Zenit”, “Rubin” və ÇSKA-dakı çıxışları ilə tanınır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest