“Mançester Siti”nin və Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silva bir gün “Benfika”ya qayıtmaq istədiyini etiraf edib.

Matc.az xəbər verir ki, lakin o, “qartallar”ın maliyyə imkanlarına görə hazırda belə bir transferin mümkün olmadığını vurğulayıb. Futbolçu açıqlamasında deyib: “Mən bir gün geri qayıtmaq istədiyimi heç vaxt gizlətməmişəm. Ona görə də əlbəttə ki, bunu etmək istəyirəm. Amma gəlin görək bundan sonra nə olacaq. Bu barədə hər zaman danışmamalısan. "Benfika"ya qayıtmaq istədiyimi heç vaxt gizlətməmişəm, lakin onların belə bir transferə imkanı yoxdur. Real dünyada yaşamalısan. Portuqaliya futbolu maliyyə cəhətdən ingilis, ispan, hətta alman və fransız klubları ilə rəqabət apara bilməz. Əgər mən “Benfika”ya getmək istəsəm, bu, tamamilə qeyri-mümkün olardı,. Çünki “Mançester Siti” mənim üçün çoxlu pul istəyəcək. Son 4-5 ildə dəyərim 50 milyon avronu keçib və Portuqaliya klubu üçün bu, mümkün olmayan məbləğdir. İnsanlar realist olmalıdırlar”.

Qeyd edək ki, 29 yaşlı portuqaliyalının "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı onun dəyərini 80 milyon avro qiymətləndirir

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest