“Nijni Novqorod” klubunun baş məşqçisi, əfsanəvi sovet və rus xokkeyçisi İqor Larionov Londonun “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Vengerlə söhbətindən danışıb.

Matc.az xəbər verir ki, çalışdırıcı Larionova rusiyalı yarımmüdafiəçi Andrey Arşavin haqqında nəyi bəyənmədiyini deyib: "Venqerlə danışdım. Arşavinin niyə "Arsenal"da oynamadığını anlamaqda maraqlı idim. Arşavin ustadır! Bunun baş verməsi çox məyus oldu. Arsen mənə dedi: "Onun istedadı və bacarığı ilə mən üzülürəm ki, bu baş verib”. Amma bütün bunlar ona görə ki, o ingilis dilini öyrənmək istəmirdi. Üstəlik, soyunub-geyinmə otağına sonuncu gələn, paltardəyişmə otağından ilk çıxan o olurdu. Andreyin komanda ilə əlaqəsi yox idi. Nə qədər kömək etsəm də, o bizi sevmirdi”.

Qeyd edək ki, Andrey Arşavin 2009-cu ilin yanvarından 2013-cü ilin iyununa qədər "Arsenal"da çıxış edib. Ümumilikdə o, Topçular forması ilə 144 matça çıxıb və 31 qol vurub, 38 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest