"İnter”in hücumçusu Lionel Messi daha bir dostunu Amerika klubuna dəvət etmək istəyir.
Matc.az xəbər verir ki, 36 yaşlı argentinalı “Boka Xuniors”un müdafiəçisi Markos Roxonu ABŞ-a köçməyə razı salır. Son həftələrdə təkcə Messi deyil, həm də komandanın baş məşqçisi Xerardo Martino Rojo ilə “İnter”ə keçmək barədə danışıb. Markos Roxo 2021-ci ilin qışında "Mançester Yunayted"dən "Boka Xuniors"a keçib. Onun Buenos-Ayres klubu ilə müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir. “Transfermarkt” müdafiəçinin bazar dəyərini 2 milyon avro olaraq qiymətləndirir. Markos Roxo karyerası ərzində Portuqaliyada “Sportinq Lissabon”, Rusiyada Moskva “Spartak”ında, Argentinada isə “Estudiantes LP”də oynamağı bacarıb.
Xatırladaq ki, “İnter” 2023-cü il mövsümündə MLS-in müntəzəm mövsümündə 27-ci yeri tutdu və pley-offa yüksələ bilmədi.