“Atletiko” və Fransa millisinin hücumçusu Antuan Qrizmann Madrid klubunda karyerasını başa vurduqdan sonra MLS komandalarından birinə keçmək istədiyini etiraf edib.

Matc.az xəbər verir ki, futbolu bu barədə yerli mətbuata açıqlama verib: Avropadan kənarda mən gələcəkdə MLS-də oynamaq istərdim. Amma yüz faiz əminəm ki, “Atletiko” mənim son Avropa komandam olacaq. Bura özümü ən xoşbəxt hiss etdiyim yerdir. Burada özümü evimdəki kimi hiss edirəm”.

Qeyd edək ki, 32 yaşlı fransızın klub ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Qrizmann daha əvvəl Mayami və ya Los Ancelesdə yaşamaq istədiyini qeyd etmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest