"Mançester Yunayted"in hücumameyilli yarımmüdafiəçisi Meyson Maunt zədədən sonra yenidən meydançada məşqlərə başlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubuhn rəsmi saytı məlumat yayıb. Çərşənbə günü futbolçu ay yarımdan sonra qazonda ilk məşqini keçirib. O, komanda yoldaşlarından ayrı olaraq fərdi proqram üzrə məşq edib.

Xatırladaq ki, ingilis noyabrın 11-də Premyer Liqanın 12-ci turunun “Luton”la matçında zədələnmişdi.

Qeyd edək ki, bu mövsüm Maunt "Mançester Yunayted"in heyətində 12 oyun keçirib və 1 məhsuldar ötürmə edib

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest