"Yuventus" mərkəz müdafiəçisi Qleison Bremerlə müqaviləni uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Turin komandası ilə 26 yaşlı futbolçu arasında yeni müqavilənin müddəti 30 iyun 2028-ci ilə qədərdir. Braziliyalı 2022-ci ilin yayında 41 milyon avroya "Torino"dan "Yuventus"a keçib. Bu mövsüm Bremer klubun heyətində 17 oyun keçirib, 1 qol vurub və 3 sarı vərəqə alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest