“Arsenal"ın baş məşqçisi Mikel Arteta qış transfer pəncərəsi ərəfəsində komandasındakı kadr problemlərindən danışıb.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Hazırda hər şey çox çətindir. Həqiqətən qısa skamyamız var. Elə mövqelər var ki, bizdə ciddi kəsir var. Ümid edirəm ki, futbolçular hərəkətə qayıdacaqlar. Bəli, transfer dövrü üçün müəyyən məqsədlərimiz və ideyalarımız var. İki həftə sonra heyətimizin necə olacağını bilmirik. Bazar çox mürəkkəbdir və hər şey olduqca tez dəyişir. Heyəti birtəhər gücləndirmək imkanı olsa, biz buna açıq olacağıq”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest