Bu mövsüm Azərbaycan Premyer Liqasında uğurlu çıxış edən komandalardan biri “Səbail”di. Matc.az xəbər verir ki, Bakı klubunun birinci yarıdan sonra ilk “üçlük” uğrunda mübarizədən qopmamasının səbəbkarlarından biri də Aleksandr Ramalinqomdu.
Əldə etdiyimiz məlumata görə, yayda Fransa təmsilçisi “Sedan”dan transfer edilən 30 yaşlı hücumçu vurduğu qollarla artıq digər klubların da diqqətini cəlb edib. Təsadüfi deyil ki, Madaqaskar millisinin üzvü 2 klubun maraq dairəsinə düşüb.
Ramalinqom komandasını dəyişsə belə, Bakıda qalacaq. Çünki onu heyətinə cəlb etmək istəyənlər “Sabah” və “Zirə”di. Hər iki komandanın baş məşqçisi hücumda alternativi artırmaq niyyətindədi. Bu mənada Ramalinqom heç də pis variant deyil.
Forvard Premyer Liqada vurduğu qolla bombardirlər yarışında 2-ci pillədə yer alır.