Daha bir komandanın qış təlim-məşq toplanışının proqramı müəyyənləşib. “Zirə” mövsümün ikinci yarısına Bakıda hazırlaşacaq. Paytaxt təmsilçisi bu məqsədlə yanvarın 3-də bir araya gələcək. Baş məşqçi Rəşad Sadıqov kollektivini 2 yoxlama görüşündə sınayacaq.

Daha bir komandanın qış təlim-məşq toplanışının proqramı müəyyənləşib. Matc.az xəbər verir ki, “Zirə” mövsümün ikinci yarısına Bakıda hazırlaşacaq.

Paytaxt təmsilçisi bu məqsədlə yanvarın 3-də bir araya gələcək. Baş məşqçi Rəşad Sadıqov kollektivini 2 yoxlama görüşündə sınayacaq. “Qartallar” ilk olaraq yanvarın 10-da “Araz-Naxçıvan”la üz-üzə gələcək. Çempionatın lideri “Qarabağ”la qarşılaşma isə ayın 15-nə nəzərdə tutulub.

“Qarabağ”la görüşdən sonra “Zirə” bir həftə sonra startı veriləcək Premyer Liqanın ikinci yarısına hazırlaşacaq. XIX turdakı rəqib “Səbail” olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest