03 Mart 2024, 10:21
FUTBOL
Türkiyə 1-ci liqasında 25-ci turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" səfərdə "Erzurum BB" ilə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb.
R.Şeydayev bu görüşdə iştirak edib. O, 78-ci dəqiqədə meydana daxil olub.
Bu nəticədən sonra "Kocaelispor" 45 xalla 3-cü, "Erzurum BB" isə 31 xalla 10-cu pillədə qərarlaşıb. Turnir cədvəlinə 61 xalla "Eyüpspor" başçılıq edir.