Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb. Matc.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun ikinci mərhələsi çərçivəsində keçiriləcək “Göztəpə” (Türkiyə) – “AZ Alkmaar” (Niderland) qarşılaşmasında hakim-inspektor funksiyasını yerinə yetirəcək.

Görüş noyabrın 3-də Türkiyənin İzmir şəhərində yerləşən “Bornova” stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest