Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov Türkiyə Superliqasında məğlub olub.
 
Matc.az xəbər verir ki, onun komandası öz meydanında “Fənərbaxça”ya uduzub.
 
Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ehtiyatda qalan Dadaşov meydana 79-cu dəqiqədə daxil olub. Son 4 oyunda qələbə qazana bilməyən “Hatayspor” bir heç-heçəyə sevinib.
 
Qeyd edək ki, Renatın komandası 29 xalla 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest