03 Mart 2024, 12:25
FUTBOL
Türkiyə 1-ci Liqasında 25-ci turun matçları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” növbəti görüşünə çıxıb.
İstanbul klubu evdə “Keçiörengücü” ilə 1:1 hesablı heç-heçə edib.
Həsənalızadə bu matçda iştirak etməyib. 31 yaşlı mərkəz müdafiəçisi ehtiyatda qalıb.
“Tuzlaspor” 24 xalla 14-cü pillədədir.