Türkiyə Superliqasında 28-ci turun oyunları davam edir.
 
Matc.az xəbər verir ki, turun mərkəzi matçı bu gün keçirilib.
 
"Beşiktaş" öz meydanında əzəli rəqiblərindən olan "Qalatasaray"ı qəbul edib. İstanbul derbisində "Qalatasaray" 1:0 hesablı qələbə qazanıb.
 
Yeganə qol matçın 2-ci dəqiqəsində qeydə alınıb. "Beşiktaş"ın futbolçusu Əl Musrati öz qapısına qol vurub.
 
Görüşün 88-ci dəqiqəsində isə baş hakim Halil Umut Meler "Beşiktaş"ın oyunçusu Ömər Kollini qırmızı vərəqə ilə cəzalandırıb.
 
Bu qələbə sayəsində "Qalatasaray" xallarının sayını 75-ə çatdırıb və turnir cədvəlində liderliyə yüksəlib. "Beşiktaş" isə 46 xalla 4-cüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest