“Yaxşı komandaya qarşı oynadıq. Bizim ən böyük üstünlüyümüz əks-hücumlar idi. Sürətli oyunçularımız var”.
"Yaxşı komandaya qarşı oynadıq. Bizim ən böyük üstünlüyümüz əks-hücumlar idi. Sürətli oyunçularımız var”.
Matc.az xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXV turunda “Qəbələ”yə qalib gələn “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis əzimkar qələbə barədə danışıb: “İlk hissədə istədiyimizi ala bilmədik. İkinci hissədə oyun sistemini dəyişdik. Komanda bu gün xarakter göstərdi. 8-ci oyunumuzdur ki, geridönüş edirik. Bu, məni sevindirir. Marafonun finişinə yaxınlaşırıq. Artıq 11 addım qalıb. İstəməzdim uşaqların əziyyəti hədər getsin. Hər komandanın xal itirmək ehtimalı var".
Şahin Diniyev fasilədəki əvəzetmələrin oyunun gedişinə təsir etdiyini bildirib: “Risk etməsəydim, çətin olacaqdı. Bu gün risk özünü doğrultdu. Bunun nəticəsində qollar gəldi. İkinci yerə qalxmaq asandır. Burada qalmaq isə çox çətindir. Rəqiblərin hər biri yüksək səviyyədə olan komandalardır. Bu gün çempionatda rəqabət var. "Qarabağ"ın Avropada uğurlu çıxışında bunun da rolu var. Artıq "Qarabağ" çempionatda tək ayaqla oynayıb qələbə qazanmır”.
Qeyd edək ki, səfər matçında 0:2 hesabı ilə geridə olan “Səbail” fasilədən sonra 3 qol vuraraq, əzimkar qələbə qazanıb.