“Qarabağ”ın Avropa Liqasının 1/8 finaldakı rəqibi “Bayer” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir. Matc.az xəbər verir ki, Leverkuzen təmsilçisi Bundesliqanın XXIV turunda səfərdə “Köln”ə 2:0 hesabı ilə qalib gəlib.

Bununla “Bayer” Xabi Alonsonun rəhbərliyi altında ölkə çempionatında keçirdiyi 50-ci görüşündə 33-cü qələbəsini qazanıb. İlk 50 matçında Bundesliqada ispaniyalıdan çox qalibiyyət sevinci yaşayan iki mütəxəssis olub. Rekordçu Pep Qvardiola bu müddətdə 42, Hans-Diter Flik isə 40 qələbə qazanıb. Onların hər ikisi “Bavariya”nın sükanı arxasında bunu reallaşdırıb.

Qeyd edək ki, “Bayer” hazırda 64 xalla Bundesliqaya başçılıq edir. Leverkuzenlilər növbəti matçlarını martın 7-də Bakıda “Qarabağ”a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest