04 Mart 2024, 10:03
FUTBOL
“Əl-Hilal”ın hücumçusu Neymar yenidən Lionel Messi ilə komanda yoldaşı olmaq arzusundadı. Matc.az xəbər verir ki, braziliyalı forvard MLS komandasında çıxış etmək istəyini dolayısı yolla dilə gətirib.
“Ümid edirəm ki, yenidən birlikdə oynayacağıq. Messi böyük futbolçudu, bunu hamı yaxşı bilir. Düşünürəm ki, o, Mayamidə hər şeydən razıdı. Leo xoşbəxtdisə, mən də xoşbəxtəm”, - deyə Neymar söyləyib.
Qeyd edək ki, Neymarla Messi “Barselona” və PSJ-də bir yerdə çıxış ediblər.