Premyer Liqanın XXV turu “Zirə”nin müdafiəçisi Dmitrios Çantakias üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 29 yaşlı futbolçu “Turan Tovuz”la qarşılaşmada tarixə düşüb. Matçı 90 dəqiqə əvəz edilmədən keçirən müdafiəçi Azərbaycan çempionatlarında 100-cü oyununa çıxan ilk yunanıstanlı olub.
Premyer Liqanın XXV turu “Zirə”nin müdafiəçisi Dmitrios Çantakias üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 29 yaşlı futbolçu “Turan Tovuz”la qarşılaşmada tarixə düşüb.
Matçı 90 dəqiqə əvəz edilmədən keçirən müdafiəçi Azərbaycan çempionatlarında 100-cü oyununa çıxan ilk yunanıstanlı olub. Onun 100-cü qarşılaşmasında komandası rəqibi ilə qollu bərabərə qalıb – 1:1.
Çantakias geridə qalan 100 görüşdə 6 qol vurub.
Qeyd edək ki, Dmitrios Dmitrios 2020-21 mövsümündən “Zirə”nin şərəfini qoruyur.