“Neftçi” Premyer Liqanın XXV turunda “Qarabağ”la oyunda uğursuzluğa düçar olub. Matc.az xəbər verir ki, paytaxt klubu Azərbaycan çempionatlarında 200-cü məğlubiyyətini əzəli rəqibindən alıb.

Rəqibinə 1:4 hesabı ilə uduzan “ağ-qaralar” bununla 200-cü dəfə xal qazana bilməyib. “Qarabağ”la son duel “Neftçi”nin ölkə çempionatlarında 914-cü qarşılaşması olub.

Maraqlıdı ki, “Neftçi”nin ən çox məğlub olduğu komanda məhz “Qarabağ”dı. Bakılılar Azərbaycan derbilərinin 40-da rəqibi ilə bacarmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest