04 Mart 2024, 12:00
FUTBOL
İngiltərə Premyer Liqasının XXVII turunda “Mançester Siti” ilə oyunda “Mançester Yunayted”in 10 illik seriyası qırılıb. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar” 2014-cü ildən bəri ilk dəfə ölkə çempionatında birinci hissəni öndə qapadığı görüşü məğlubiyyətlə tamamlayıb.
“Şəhərlilər”lə matçın fasiləsinə 1:0 öndə yollanan Erik ten Haqın yetirmələri meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib. Komanda sonuncu dəfə 2014-cü ildə “Lester”lə qarşılaşmada belə halla üzləşib. Həmin vaxtdan bəri keçirdiyi 143 görüşdə isə fasiləyə öndə yollandığı zaman uduzmayıb. Bunun yalnız 123-də aktivinə üç xal yazdırıb, 20-də heç-heçə qeydə alınıb.
Qeyd edək ki, “Mançester Yunayted” hazırda 44 xalla 6-cı pillədə qərarlaşıb.