“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, ispaniyalı futbolçu İngiltərə Premyer Liqasında ən uzunmüddətli məğlubiyyətsizlik seriyası ilə tarixə düşüb.

O, son olaraq XXVII turda “Mançester Yunayted”i 3:1 hesabı ilə məğlub etdikləri görüşdə dublla yadda qalıb. Bu, Rodrinin “şəhərlilər”in heyətində bütün turnirlərdə ardıcıl 59-cu məğlubiyyətsiz matçı olub. Premyer Liqa tarixində isə indiyə qədər heç bir futbolçu bu göstəriciyə çata bilməyib.

Qeyd edək ki, Rodri 2019-cu ildən “Mançester Siti”nin formasını geyinir. Komanda hazırda 62 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest