Azərbaycan Premyer Liqasında 5 futbolçu cəzalı duruma düşüb. Matc.az xəbər verir ki, XXV turun oyunlarından sonra növbəti turu buraxacaq oyunçular müəyyənləşib. “Qəbələ”dən müdafiəçi Lukas Afriko “Səbail”lə matçda (2:3) qırmızı vərəqə alıb.
Azərbaycan Premyer Liqasında 5 futbolçu cəzalı duruma düşüb. Matc.az xəbər verir ki, XXV turun oyunlarından sonra növbəti turu buraxacaq oyunçular müəyyənləşib.
“Qəbələ”dən müdafiəçi Lukas Afriko “Səbail”lə matçda (2:3) qırmızı vərəqə alıb.
“Neftçi” – “Qarabağ” (1:4) qarşılaşmasından sonra hər komandadan bir nəfər üçün limit dolub. “Neftçi”də müdafiəçi Yuri Matias, “Qarabağ”da yarımmüdafiəçi Marko Yankoviç sarı vərəqə aldıqları üçün cəzalı duruma düşüblər.
“Araz-Naxçıvan” 2 futbolçusunu itirib. Naxçıvan təmsilçisində Mohammed Kadiri və Miço Kuzmanoviç “Sabah”la qarşılaşmada (0:2) 4 sarı limitinə çatıblar.
Qeyd edək ki, Premyer Liqada XXVI turun oyunları martın 8-10-da keçiriləcək.