“Sabah” yeni baş məşqçisini açıqlayıb. Matc.az xəbər verir ki, paytaxt klubu bu posta xorvatiyalı Krunoslav Renduliçi təyin edib.

Bakı klubu yeni çalışdırıcısı ilə 1,5 illik müqavilə bağlayıb.

Krunoslav Renduliç məşqçi karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkənin əsas millisində (2022) köməkçi məşqçi, Xorvatiyanın “İstra 1961” (2018-19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.

Qeyd edək ki, xorvatiyalı mütəxəssis “Zrinski” ilə Bosniya və Herseqovina çempionu və kubokunu qazanıb (2022-23), bu klubu Konfrans Liqasının qrup mərhələsinə çıxarıb (2023-24).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest