AFFA İntizam Komitəsi Premyer Liqanın XXV turunda keçirilən “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı qərarlarını açıqlayıb. Matc.az xəbər verir ki, komitə “Neftçi”yə daha çox cərimə kəsib.
AFFA İntizam Komitəsi Premyer Liqanın XXV turunda keçirilən “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı qərarlarını açıqlayıb. Matc.az xəbər verir ki, komitə “Neftçi”yə daha çox cərimə kəsib.
“Ağ-qaralar” 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olduğuna görə isə 800 manat cərimələnib.
Bundan başqa hər iki klubun azarkeşləri görüş zamanı rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib. Bu üzdən həm “Neftçi”, həm də “Qarabağ” 1000 manat cərimə ödəməli olacaq.
Qeyd edək ki, oyun “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə nəticələnib.