Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Avropa və dünya çempionatlarındakı antirekordunu yeniləyib. 5 oyunda meydana çıxan 39 yaşlı hücumçu topa orta hesabla 29,1 dəfə toxunub.

Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Avropa və dünya çempionatlarındakı antirekordunu yeniləyib.

Matc.az xəbər verir ki, Almaniyada təşkil olunan Avropa çempionatında 5 oyunda meydana çıxan 39 yaşlı hücumçu topa orta hesabla 29,1 dəfə toxunub.

Bununla da o, 2022-ci ildə keçirilən dünya çempionatındakı antirekordunu (39) yeniləyib. Ronaldu bu baxımdan ən yaxşı göstəriciyə DÇ-2006-da imza atıb - 66,2 toxunuş.

Qeyd edək ki, Portuqaliya millisi 1/4 finalda qarşılaşdığı Fransa ilə matçda penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest