Azərbaycan Voleybol Federasiyası 16 yaşadək voleybolçu qızlar üçün düşərgələr təşkil edir. Matc.az xəbər verir ki, ilk düşərgə avqustun 5-də Qusarda start götürüb və 10 gün davam edəcək.

Düşərgəyə Şahin Çatma rəhbərlik edir. Onun köməkçisi isə Hamid Anvaridir. Burada fiziki və texniki məşqlərlə yanaşı, qızlara voleybolun incəlikləri öyrədilir, onların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçirilir.

Növbəti düşərgə 16-26 avqust tarixlərində Qaxda təşkil olunacaq.

Qeyd edək ki, düşərgələrə ümumilikdə 22 idmançı cəlb olunub. Sonda onlar arasında seçim aparılacaq və 16 yaşadək (U-16 ) qızlardan ibarət komanda formalaşdırılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest