“Şamaxı”da ayrılıq baş verib. Matc.az xəbər verir ki, bölgə klubu futbolçusu Ramin Əhmədovla yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçinin başa çatan sözləşməsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, "Şamaxı" bunadək İlkin Muradov, Giorgi Kantariya və Adil Nağıyevlə əməkdaşlığa son qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest