24 Dekabr 2024, 09:11
FUTBOL
Türkiyə çempionatında 17-ci tur başa çatıb. Matc.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
“Kasımpaşa”nı qəbul edən “Başakşehir” heç-heçəyə imza atıb - 2:2. “Adana Dəmirspor” isə səfərdə “Hatayspor” üzərində 3:1 hesablı qələbə qazanıb.
Bunlar Superliqada 2024-cü ilin son oyunları olub və keçirilən matçlardan sonra Türkiyə çempionatında fasilə yaranıb.
Qeyd edək ki, Superliqada turnir cədvəlində 44 xalla “Qalatasaray” liderlik edir. “Fənərbağça” 36 xalla ikinci, “Samsunspor” 30 xalla üçüncüdü.