24 Dekabr 2024, 10:18
FUTBOL
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) başa çatmaq üzrə olan 2024-cü il üçün milli komandaların çalışdırıcıları arasında ən yaxşı baş məşqçinin adını açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
İspaniya millisinin “sükanı arxasında” olan Luis De La Fuente bütün yığmalardakı həmkarlarını qabaqlayıb. Təcrübəli mütəxəssis 274 xal toplayaraq birinci olub.
İkinci pillədə Argentina yığmasını çalışdıran Lionel Skaloni (148 xal), üçüncü yerdə isə Fransa millisinə rəhbərlik edən Didye Deşam (35 xal) qərarlaşıb.