"Mançester Yunayted"in heyətində ciddi itki baş verib. Matc.az xəbər verir ki, “mankunianlar”ın futbolçusu Meyson Maunt sıradan çıxıb.

Hücumameyilli yarımmüdafiəçi Premyer Liqanın 16-cı turunda "Mançester Siti" ilə matçda (2:1) ayağından zədə alıb. Tibbi müayinədən keçdikdən sonra Mauntun təxminən 10 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, "Mançester Yunayted" Mauntu ötən ilin yayında "Çelsi"dən transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest