“Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidan yaxın gələcəkdə məşqçiliyə qayıtmaq istəmir. Matc.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi müxtəlif klublardan gələn təkliflərə “yox” deyib.

Belə ki, "Mançester Yunayted", "Yuventus", "Bavariya" və PSJ müxtəlif vaxtlarda “Zizu”ya təklif göndərsə də, 52 yaşlı mütəxəssis hər birinə mənfi cavab verib. Onun bu qərarı Zidanın "Real"dan başqa heç bir komandada işləməmək istəyi ilə izah edilir.

Zidanın “kral klubu”ndan başqa ancaq Fransa yığmasına rəhbərlik etmək istədiyi qeyd olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest