“Qarabağ”ın və Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə başa çatmaq üzrə olan 2024-cü ilin ən yaxşı gənc futbolçuları siyahısında yer alıb. Matc.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) 21 yaşadək futbolçuların milli çempionatlarda çıxışı ilə bağlı hesabat hazırlayıb və siyahı tərtib edib.
CIES 64 liqada 2004-cü il və daha sonra doğulmuş oyunçularla bağlı araşdırma aparıb. Nəriman Axundzadə sağ vingerlər arasında ən çox assist müəllifi olan və qapıya zərbə vuran futbolçulardan biri olub. 20 yaşlı futbolçu 75.1 əmsalla 7-ci pillədə yer alıb.
Bu göstəricidə rekord “Real”ın türkiyəli oyunçusu Arda Gülərə aiddi - 81,4.
Qeyd edək ki, Nəriman Axundzadə 2024/2025 mövsümündə Misli Premyer Liqasında 7, UEFA Çempionlar Liqasının təsnifat mərhələsində 2 assist müəllifi olub.