"Əl-Hilal"ın portuqaliyalı futbolçusu Joao Kanselo komandadan ayrılmaq üzrədi. Matc.az xəbər verir ki, sağ cinah müdafiəçisi Səudiyyə Ərəbistanında qalmaq istəmir.

Belə ki, futbolçu özünü orada xoşbəxt hiss etmir. İspaniyaya qayıtmaq istəyən Kanselo yenidən "Barselona"nın formasını geyinmək niyyətindədi. Tərəflər arasında danışıqların başladığı bildirilir.

Qeyd olunub ki, Kanselo az məvacib qarşılığında da "Barselona"da oynamağa razıdı. O, 2023/2024 mövsümünü icarə əsasında "Barselona"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest