Sol qasıq kanalında yırtıq diaqnozu qoyulan futbolçunun əməliyyatı uğurlu keçib.

"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev cərrahiyyə əməliyyatı olunub. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sol qasıq kanalında yırtıq diaqnozu qoyulan futbolçunun əməliyyatı uğurlu keçib. İstanbulda baş tutan əməliyyatdan 2 gün sonra Hacıyev ev şəraitində müalicəyə buraxılacaq.

O, həkimlərin rəyindən asılı olaraq, təxminən bir həftə sonra fərdi məşqlərə başlaya biləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest