24 Dekabr 2024, 14:00
FUTBOL
“Barselona” heyətini gücləndirmək niyyətindədi. Matc.az xəbər verir ki, Kataloniya klubu İngiltərədən futbolçu almaq fikrinə düşüb.
Belə ki, İspaniya təmsilçisi heyətinə “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu qatmağı planlaşdırır. “Barsa” rəhbərliyi bu keçidin baş tutmasında israrlıdı. Bildirilir ki, kataloniyalılar Reşfordu gətirmək üçün müəyyən məbləğdən əlavə Ansu Fatini də qarşı tərəfə verməyə razıdı.
Qeyd edək ki, Reşford “Mançester Yunayted”in heyətində cari mövsümdə ümumilikdə 24 oyunda 7 qola imza atıb.