İFFHS milli komandaların heyətində ən çox het-trik edən futbolçuların siyahısını dərc edib. Matc.az xəbər verir ki, cədvəldə ən azı 5 oyunda üç və ya daha çox qol vuranlar göstərilib.

İlk sırada Vivian Vudvard qərarlaşıb. O, 10 görüşdə buna nail olub. Vudvard İngiltərə millisinin heyətində 5 dəfə het-trik, 4 dəfə poker edib, 1 dəfə 6 qol vurub.

Argentinalı Lionel Messi və portuqaliyalı Kriştiano Ronaldo da 10 qarşılaşmada bunu reallaşdırıb. Ancaq onlar məhsuldarlıq baxımından ingiltərəli həmkarlarından geri qalırlar. Bu sıralamada Messi 9 het-trik, 1 penta-triklə ikinci, Ronaldo isə 8 het-trik, 2 pokerlə üçüncüdü.

Qeyd edək ki, ümumilikdə 36 futbolçu 5 və daha çox oyunda ən azı het-triklə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest