“Milan”ın futbolçusu Fikayo Tomori İtaliyada klubunu dəyişə bilər. Matc.az xəbər verir ki, 27 yaşçı müdafiəçi “Yuventus”un maraq dairəsinə düşüb.

Turin klubu qış fasiləsində onun keçidini həll etmək niyyətindədi. Klub rəhbərləri yanvarın 3-də Səudiyyə Ərəbistanında təşkil olunacaq Superkubok oyunu zamanı bir araya gələcəklər. “Milan” Tomorinin transferindən 30 milyon avro gəlir götürməyi planlaşdırır. “Yuventus” isə onu əvvəlcə icarəyə götürmək, mövsümün sonunda isə 15 milyona almaq fikrindədi.

Qeyd edək ki, Fikayo Tomori bu mövsüm A seriyasında 9 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest