24 Dekabr 2024, 17:20
FUTBOL
“Roma”nın kapitanı Lorentso Pelleqrini komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi A seriyasının digər iddialı klubunun gündəmindədi.
“Napoli” İtaliya millisinin üzvünü heyətinə cəlb etməyi planlaşdırır. Neapolluların qış transfer dönəmindəki qısa siyahısında Pelleqrininin də adı var. “Napoli”nin baş məşqçisi Antonio Konteni onu yeni quracağı kollektivin aparıcı fiqurlarından biri qismində görür. Hücumameyilli oyunçunun “Roma” ilə müqaviləsi 2026-cı ilin yayına qədər olsa da, o, çətin günlər yaşadığı üçün komandasını dəyişməyin əleyhinə deyil.
Qeyd edək ki, Lorentso Pelleqrini bu mövsüm 18 oyunda iştirak edib, aktivinə 1 qol yazdırıb.