24 Dekabr 2024, 16:00
FUTBOL
“Şamaxı”da növbəti ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi daha bir futbolçusu ilə vidalaşıb.
Bu dəfə Qurban Səfərov bölgə klubunu tərk edib. 20 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
Qeyd edək ki, “Şamaxı” bir neçə gün əvvəl İlkin Muradov, Giorgi Kantariya, Adil Nağıyev və Ramin Əhmədovla yollarını ayırmışdı.