Apellyasiya Arbitraj Tribunalında “Sumqayıt” klubunun şikayətinə baxılıb. Mat.az xəbər verir ki, tribunal “kimyaçılar”ın şikayətini təmin etməyib.

Belə ki, AFFA Gənclər Liqasında keçirilən “Sumqayıt” – “Zirə” oyununda birincilərin baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdiyinə görə 5 oyunluq cəzalandırılmışdı. AFFA İntizam Komitəsinin bu qərarının qüvvədə saxlanılacağı açıqlanıb.

“Sumqayıt” bu qərardan Lozannadakı İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest