Zədələrini sağaldandan sonra hələ tam hazır olmayan Andrey Ştoqrin və Rafael Quzzo, həmçinin səhhətində problem olan Robert Bauer "Kəpəz"lə görüşü buraxacaqlar.

"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı "Kəpəz" klubu ilə cavab oyunun hazırlığını yekunlaşıb.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt klubu bu gün "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

Zədələrini sağaldandan sonra hələ tam hazır olmayan Andrey Ştoqrin və Rafael Quzzo, həmçinin səhhətində problem olan Robert Bauer "Kəpəz"lə görüşü buraxacaqlar.

Qeyd edək ki, fevralın 28-də "Neftçi Arena"da keçiriləcək "Neftçi" – "Kəpəz" oyunu saat 19:30-da başlanacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest