Kubok oyunları heç vaxt asan keçmir. Bu gün demək olar ki, əvvəlki iki oyunda "Sumqayıt"ın qapısına vurmadığımız bütün qolları vurduq.

"Sabah" Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyununda "Sumqayıt"ı 4:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Matc.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Kubok oyunları heç vaxt asan keçmir. Bu gün demək olar ki, əvvəlki iki oyunda "Sumqayıt"ın qapısına vurmadığımız bütün qolları vurduq. Futbolçularımın hər birinə təşəkkür edirəm.

- Yarımfinalda böyük ehtimalla rəqibiniz "Neftçi" olacaqŞanslarınızı necə dəyərləndirirsiz?
- Kubokda hamının şansları bərabərdir. Əvvəldən nəsə deməyək. "Neftçi" sabah cavab görüşünə çıxacaq. Bütün oyunlara eyni cür hazırlaşırıq.

- Bu gün 4 qol vurdunuzQısa müddətdə komandada nəyi dəyişdiz?
- Hava şəraitinə görə qapıya zərbələri çox məşq etməmişdik. Həmişə demişəm ki, kəmiyyət mütləq keyfiyyətə çevriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest