İtaliya A seriyasının 9-cu turundan təxirə salınmış matçda “Milan” "Bolonya"nın qonağı olub. Matc.az xəbər verir ki, “rossonyerlər” səfərdən məğlubiyyətlə qayıdıblar.

Belə ki, görüş “Bolonya”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı “Milan” açsa da, meydan sahibləri əzmkar qələbə qazanmağı bacarıblar.

Qeyd edək ki, “Bolonya” 44 xalla turnir cədvəlində 6-cı, “Milan” isə 41 xalla 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest