28 Fevral 2025, 10:14
FUTBOL
İngiltərə Premyer Liqasında 27-ci tur başa çatıb. Matc.az xəbər verir ki, sonuncu oyun günündə 1 görüş keçirilib.
“Lester”i qəbul edən “Vest Hem” 2:0 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra xallarının sayını 33-ə çatdıran "Vest Hem" turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. Aktivində 17 xal olan "Lester" isə 19-cu yerdədi.